lider-media.az

Serbiya Prezidenti Aleksandr Vuçiç Qırmızı meydandan səsləndi: Məni cəzalandırın!

Baxış: 610 Tarix: 8-05-2025, 09:55

Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gedən Serbiya Prezidenti Aleksandr Vuçiç Qırmızı meydandan Serbiya televiziyasına müsahibə verib. A.Vuçiç yalnız Serbiyanın maraqlarını müdafiə etdiyini bildirib.

“Dünyadakı digər insanların nə düşündüyü və ya dediyi məni qətiyyən maraqlandırmır. Məni serb xalqı, Serbiya vətəndaşları seçib – mən nə Riqada, nə Tallinndə, nə Vilnüsdə, nə də başqa yerdə seçilmişəm”, - o qeyd edib. Vuçiç vurğulayıb ki, Serbiya Avropa yolunda qalacaq.

“Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”, - Vuçiç əlavə edib. Xatırladaq ki, bir neçə gün əvvəl AB-nin baş diplomatı Kaya Kallas Rusiya paytaxtına səfər edəcək avropalı liderləri “nəticələri” ilə hədələmişdi.

Polşa, Litva və Latviya isə Serbiya prezidentinin Moskvaya uçan təyyarəsinə hava məkanını bağladığı üçün Vuçiç Azərbaycan üzərindən səfər etməyə məcbur olmuşdu.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi