Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiya Federasiyasının Smolensk şəhərində dünyaya göz açmışdır. O, orta məktəbdə təhsil alarkən şəxsi davranışı ilə sinif yoldaşlarından fərqlənir, tədris olunan bütün fənlərə böyük maraq göstərirdi. Mixailin idmana böyük marağı var idi. Futbol, voleybol üzrə yarışlarda onun azarkeşləri həmişə çox olardı. İdman sahəsində qazandığı uğurlara görə o, dəfələrlə diplomlara layiq görülmüşdür.
Mixail Slesaryov 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbini bitirdikdən sonra təhsilini 19 saylı texniki-peşə məktəbində davam etdirmiş, elmi biliklərə mükəmməl yiyələnməyə səy göstərmişdir. Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu kimi əmək fəaliyyətinə başlamış, az vaxtda texnikanın sirlərini mükəmməl öyrənmiş, gördüyü hər bir işi vaxtında və keyfiyyətlə yerinə yetirmişdir.
1975-ci ildə Mixail əsgəri xidmətə çağırılır. O, doğmaları qarşısında söz verdi ki, hərbi xidmətdə Vətən borcunu qeyrətlə yerinə yetirəcək. Komandanlığın hörmətini qazanacaq. Mixail qürur hissi keçirirdi ki, hərbi xidmətini Cənubi Qafqazda Bakı şəhərində, Xəzər dənizinin mavi sahillərində keçirir. Smolensk şəhərində yaşayan valideynlərinə yazdığı məktublarında Bakının beynəlmiləl bir şəhər olduğunu həvəslə qeyd edirdi.
Mixail Slesaryov hərbi xidmətini Bakıda başa vurduqdan sonra qəlbinin hökmü ilə Tbilisi Gizirlər Məktəbinə daxil olur. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra yenidən Bakıya qayıdır. Əvvəlcə gizir, 1981-ci ildən 1986-cı ilə qədər motoatıcı taqımın komandiri, 1986-cı ildən 1999-cu ilin yanvar ayına qədər isə mühafizə taqımının rəisi vəzifələrində çalışır.
Mixail Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirirdi. Axşamdan bir dəstə məhbus mühafizəçini tərk-silah edərək həbsxanadan qaçmağı qarşıya məqsəd qoymuşlar. Çox çətin vəziyyət yaranmışdı. Adi bir diqqətsizlikdən acınacaqlı hadisələr baş verə bilərdi. Mixail Slesaryov bu qiyamın qarşısını almaq üçün cəld əməliyyat qrupu yaratdı. Əməliyyat uğurla keçdi. Qiyamçılar zərərsizləşdirildi. Çox təəssüf ki, bu hadisə zamanı itki də oldu. Bu hadisədə Mixail Aleksandroviç qəhrəmanlıq nümayiş etdirdi. Ona kiçik leytenant rütbəsi verildi. Sonralar Mixail Slesaryov taqım komandiri vəzifəsinə irəli çəkildi. 2014-cü ildə vəfat edibdir.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli Fərmanı ilə Slesaryov Mixail Aleksandroviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev Fərman imzaladı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb