lider-media.az

Şəhid ailələri Çanaqqalada

Baxış: 107 Tarix: 7-05-2025, 13:46

sehid-aileleri-canaqqala-seherinde

“Zəfə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib. Səfərin ilk günündə “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Troya Atı Muzeyi”, “Dəniz Muzeyi” və “Seyit Onbaşı Abidəsi” ziyarət olunub.Ailələr, bu tarixi məkanlarda dərin duyğular yaşayıb, şəhidlərin ruhuna dualar oxuyublar. Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər. Səfərin ikinci günü isə Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailələrini qəbul edib. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və bu kimi səfərlərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Günün davamında nümayəndə heyəti “Atatürk Abidəsi”, “Zəfər Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi” və “Nusret Mayın Gəmisi”ni ziyarət edib. Daha sonra Çanaqqala Şəhid Ailələri və Qazilər Dərnəyi ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, dörd gün davam edəcək ziyarət çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan əhəmiyyətli olan məkanları gəzərək, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanları yad edəcəklər.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi