lider-media.az

Mayın 6-sı saat 16:00-a olan faktiki hava

Baxış: 204 Tarix: 6-05-2025, 17:57

Mayın 6-sı saat 16:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 16:00-a olan məlumatına əsasən ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir.
Naxçıvan, Şahbuz, Göygöl, Daşkəsən, Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Qubadlı, Füzuli, Xocalı, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Balakən, Xınalıq, Altıağac, Zaqatala, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Sabirabad, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Gədəbəydə saat 14:42-14:45 radələrində diametri 4 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22, Aran rayonlarında 23, Naxçıvan MR-da 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi