lider-media.az

“Çağrı Mərkəzi”nə aprel ayı ərzində 666 zəng daxil olub

Baxış: 290 Tarix: 6-05-2025, 15:12

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin aprel ayı ərzində 666 zəng daxil olub. 
 Zəng edən vətəndaşların 274 nəfərinin müraciəti yerindəcə, 270 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 113 müraciət digər qurumlara yönləndirilib. 
 Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 9 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi