lider-media.az

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub (video, foto)

Baxış: 135 Tarix: 6-05-2025, 11:07

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

Əvvəlcə, Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir K.Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi