lider-media.az

Belarusla sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Baxış: 120 Tarix: 6-05-2025, 08:35

Ölkəmizdə səfərdə olan Belarus Respublikası əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko DOST Agentliyində olub.  

1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Tatyana Astreykoya DOST mərkəzlərinin fəaliyyəti və iş prinsiplərinə dair məlumat verilib. DOST konsepsiyasına və son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektonlaşdırılması sahəsində əldə olunan uğurlara dair təqdimatlar edilib. Agentlikdə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanla Belarus arasında dostluq münasibətlərinə  əsaslanan ikitərəfli əlaqələrin  inkişafından bəhs edib. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın daiim genişlənməkdə olduğunu qeyd edib.

Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin, o cümlədən son illər iki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Bu Memorandumun icrası üzrə Tədbirlər Planının, habelə DOST Agentliyi ilə Belarusun “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında əməkdaşlıq sənədlərinin layhələrinin də artıq hazırlandığı qeyd edilib. Azərbaycanda son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb.

Tatyana Astreykoya ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edib, sosial sahədə ikitərəfli əməkdaşlıq gündəliyini genişləndirmək üçün ardıcıl işlərin aparıldığını vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi