lider-media.az

“Himayədar ailə” qayğı modelinin təbliği məqsədilə növbəti ictimai dinləmə keçirilib

Baxış: 6 Tarix: 5-05-2025, 21:51


Qazax rayon Ədəbiyyat Muzeyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən ictimai dinləmə “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənverilən məlumata görə, görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, kollec tələbələri və müəllim heyəti, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbə heyəti, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova “Himayədar ailə” qayğı modeli barədə fikirlərini bildirib.

Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov “Himayədar ailə” qayğı modeli, onun üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb. Eləcə də “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyənlərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.

Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi