lider-media.az

Azərbaycanın eneri diplomatiyası regional təhlükəsizliyə xidmət edir

Tarix: 5-05-2025, 18:58

Ölkə başçısı çıxışında enerji sahəsinin inkişafı, yenilənən enerji istiqamətləri, sürətli inkişafın təmin edilməsi və Azərbaycanın energetika potensialı kimi əsas məqamlara da diqqət çəkib. Danılmaz faktdır ki, dünyada baş verən ekoloji problemlər, bir sıra fəlakətlər iqlim dəyişmələri ilə bağlıdır. Dəfələrlə həyəcan təbili çalınmasına rəğmən, qlobal sferada hazırkı siyasi vəziyyət ekoloji problemləri prioritet məsələ kimi ikinci plana atıb. Bu səbəbdən Azərbaycanın belə önəmli məsələyə ciddi diqqət ayırması təqdirəlayiq hadisədir. Bakı Enerji Həftəsində neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislər görüş keçirir, Bakı Enerji Forumu isə enerji siyasətinin bütün seqmentlərini əhatə edir.

Ölkəmiz artıq qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkələri yaradılır, alternativ enerji siyasətini gücləndirir, "Yaşıl enerji"yə keçidə böyük əhəmiyyət verir. Hazırda Xəzər-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələri həyata keçirilir. Bu dəhlizlər Azərbaycanın təkcə enerji ixracını artırmaq deyil, həm də qlobal dayanıqlı inkişaf sahəsində lider mövqeyini möhkəmləndirmək öhdəliyini əks etdirir. "Yaşıl enerji zonaları" sıfır emissiyaya nail olmaq yolunda strateji alətdir. Bərpaolunan enerji resursları ilə zəngin bölgələrdə yaradılan və yalnız təmiz enerjidən istifadə etməyə yönəlik zonalar investisiyaların cəlb olunmasına, davamlı iqtisadi artımın təmin edilməsinə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfələr verir.

Sabit enerji təchizatını təmin etməklə Prezident İlham Əliyev Qərb ölkələri ilə güclü iqtisadi əlaqələr yaradıb və Azərbaycanın qlobal əhəmiyyətini artırıb. Azərbaycanın Avropa və Asiyanın qovşağında yerləşməsi onu regional enerji geosiyasətində mühüm oyunçuya çevirir. Azərbaycanın yerləşdiyi coğrafi məkan ona Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi beynəlxalq ticarət yollarında həlledici nöqtə olmağa imkan verir, həm Avropa, həm də Asiya ilə diplomatik təsir imkanlarını artırır. Qərb ölkələri ilə, xüsusilə enerji, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından güclü əlaqələr qurur. Prezident İlham Əliyevin Böyük Britaniya, Almaniya və İtaliyaya səfərləri onun balanslaşdırılmış diplomatik münasibətlərin davam etdirilməsində uğurunu vurğulayır. Rusiya və İrandan tutmuş Aİ və ABŞ-a qədər müxtəlif qlobal aktorlarla yaxşı münasibətlər saxlamağa imkan verir. Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici investisiyaları cəlb etməyə çalışır. Buraya texnologiya, kənd təsərrüfatı və turizm kimi inkişaf edən sektorlar daxildir. Bir çox ölkə ilə əlaqələr investisiya, ticarət tərəfdaşlığı və iqtisadi inkişaf üçün yollar açır.

Cənubi Qafqazın lider ölkəsi qismində iştirak edən Azərbaycan beynəlxalq aləmdə, yaxın regional coğrafiya olan Mərkəzi Asiya, MDB məkanında, Yaxın Şərq və Cənub-Şərqi Avropada ciddi aktor rolunda çıxış edən ölkə kimi qəbul edilir. 2000-ci illərdən Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu günlərdə Pekində CGTN- "China Global Television Network" telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə faydalılığı əhatə edirdi. Müsahibənin ana xəttini Azərbaycanın onilliklər ərzində inkişaf strategiyası, sabit ikitərəfli əlaqələrin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatlar təşkil etdi. Dövlətimizin başçısı Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmlənməsinin arayışını verdi. Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də qonşu regionlar üçün sabitləşdirici rol oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır.

Dövlət başçısının fikirləri Qoşulmama Hərəkatının aparıcı qüvvəsi - üzv ölkəsi kimi Azərbaycan xarici siyasət strategiyasını balanslı yanaşma prinsipi üzərindən qurulmasının uğurunu tam miqyasda göstərdi. Azərbaycan məhz bu prinsip üzərindən qlobal güc mərkəzləri ilə münasibətdə hər zaman müstəqil, hər hansı bir bloka qoşulmayan, üçüncü tərəfə qarşıdurma yaratmağa imkan verməyən, üçüncü tərəfləri hədəf almayan əməkdaşlıq prinsiplərinə sadiq qalır. Azərbaycan beynəlxalq münasibətlər sistemindəki fəaliyyətini yalnız qonşu region ölkələri ilə deyil, eyni zamanda daha uzaq coğrafiyada da qurması nəticəsində ciddi oyunçu qismində çıxış edir. Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində milli maraqların təmin olunması, qarşıdakı hədəflərə çatması, dünyada öz layiqli yerini tutması istiqamətində aktiv xarici siyasət yürüdür. Bu məqsədlə Yaxın Şərqdə, Afrikada, hətta uzaq kiçik okean ada ölkələri ilə bağlı yürütdüyü uğurlu diplomatiya nəticəsində də ciddi aktor rolunu təsdiq edir. Azərbaycanın əldə etdiyi uğurların əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və praqmatik siyasət regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.

Prezident İlham Əliyevin uğurlarında onun şəxsi keyfiyyətləri böyük rol oynayır. Dövlətimizin başçısının prinsipiallığı, qərarların qəbulu zamanı çevikliyi və gələcəyi dəqiq planlaşdırma məharəti ona xalqımızın və beynəlxalq ictimaiyyətin dərin hörmətini qazandırıb. Onun şəxsi nümunəsi, əzmkarlığı və yeniliklərə açıq olması Azərbaycanın inkişaf yolunda daha böyük zirvələrə çatmasına imkan yaradır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin bu ilin yanvar ayında yerli televiziyalara müsahibəsində bir daha aydın şəkildə göründü ki, Azərbaycanın qlobal lider kimi özünü təsdiqinin təməlində milli səviyyədə qazanılan uğurlar dayanır. Bu mənada, tariximizin ən iri dövlət büdcəsi ümumdaxili məhsulun 4 faizdən çox artımı, əsas diqqətimizin yönəldiyi qeyri-neft sektorunun inkişafının 6 faizdən çox, sənaye istehsalının, xüsusən qeyri-neft sənaye sektorunda parametrlərin isə 7 faizdən çox yüksəlişi, əhəmiyyətli tarixi bir dönəmi və uğurlu ili arxada qoymağımız deməkdir. Məhz bu uğurların fonunda müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılmasına yönəlik xərclərin çoxalması və işğaldan azad olunmuş ərazilərimizin bərpasına əsaslı vəsaitin ayrılmasına baxmayaraq kifayət qədər mürəkkəb bir dövrdə - 2024-cü ildə valyuta ehtiyatları 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.

Prezident İlham Əliyevin daxili siyasəti xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Onun rəhbərliyi ilə ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulub və bu proses hazırda uğurla davam etdirilir. Qurucu lider İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər xalqın daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Böyük vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi