lider-media.az

DSMF “World Economic Magazine Awards 2025” beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb

Baxış: 288 Tarix: 5-05-2025, 11:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-də yerləşən “World Economic Magazine” beynəlxalq maliyyə təhlili platformasının “World Economic Magazine Awards 2025” müsabiqəsində uğur qazanıb. Fond müsabiqədə “Ən Yaxşı Pensiya Fondu” mükafatına və sosial təminat sahəsində Mükəmməllik Mükafatına layiq görülüb.

Üç mərhələdən ibarət olan müsabiqədə DSMF Azərbaycanda əlilliyi olan şəxslər üçün inklüziv xidmətlərə rəqəmsal çıxış imkanlarının yaradılması və ünvanlı sosial yardım təyinatı üçün vahid reyestrə aid müsabiqə işləri ilə iştirak edib. Hər mərhələdə müsabiqə işi münsiflər tərəfindən yüksək balla qiymətləndirilib və DSMF-nin adı müsabiqənin qaliblərinin siyahısına daxil edilib.

(https://awards.worldecomag.com/world-economic-magazine-2025-award-winners/)

Builki müsabiqədə DSMF ilə yanaşı, Argentina, Avstraliya, Belçika, Braziliya, Misir, Qətər, BƏƏ, Qırğızıstan, Monako, İtaliya, Malayziya, Səudiyyə Ərəbistanı, Sinqapur və digər ölkələrdən dövlət və özəl qurumları innovativ yanaşma və nailiyyətlərini beynəlxalq miqyasda tanıtmaq imkanı əldə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi