lider-media.az

Bəzi çaylarda sululuq artıb

Baxış: 56 Tarix: 5-05-2025, 09:34

Çaylarda müşahidə olunan faktiki vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 5-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.
Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san normanın 101%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi