lider-media.az

“Bakı Marafonu-2025”də 300-dən çox paytaxt sakini iştirak edib

Baxış: 163 Tarix: 4-05-2025, 18:30

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2025”də Azərbaycan Voleybol Federasiyası (AVF) da yaxından iştirak edib. “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonunda AVF voleybolçuların və şəhər sakinlərinin iştirakı ilə festival təşkil edib. Festivalda federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində Dövlət Bayrağı Meydanında ayrılan xüsusi ərazidə AVF tərəfindən dörd ədəd voleybol toru quraşdırılıb. Burada paytaxt sakinləri və voleybolçular arasında oyunlar keçirilib. Festivalda daha fəal iştirak edən şəhər sakinlərinə AVF tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Voleybolçuların imzası olan top isə federasiya tərəfindən “Baku Marathon Club”a təqdim olunub.
Daha sonra AVF rəhbərliyi, əməkdaşlar və voleybolçular Bakı Marafonuna qatılıblar.
Qeyd edək ki, festivalda ümumilikdə 500-dən çox voleybolçu və 300-dən çox paytaxt sakini iştirak edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi