Müharibə - insan həyatının ən sınaqlı, ən dəhşətli, ən ağrılı hadisəsidir. Müharibələr bir-birinə bənzəmir, onu doğuran səbəblər fərqlidir. Fəsadları isə eynidir, acıları, fəryadları, izləri oxşardır. Sonu kəndlərin, şəhərlərin viran qalması, ana fəryadı, dağılan evlər, sönən ocaqlar, ölüm, göz yaşıdır. Bütün bunlar isə dünyaya meydan oxuyan hegemonların siyasi oyunudur desək yanılmarıq. Onlar məqsədlərinə çatmaq üçün qəddarlıq, zorakılıq və amansız savaşlarla insan taleyi ilə oynayırlar. Təəssüf ki, belə mənfurlar yeni nəsil dəyişdikcə onlar da dəyişir, buna görə də müharibə mövzusu tükənmir. Beləliklə hər yeni nəsil təkrar-təkrar müharibələrin iştirakçısına və şahidinə çevrilir.
Müharibələr müxtəlif dövrlərdə uzunmüddətli və ya qısamüddətli olub. Uzun çəkən müharibələr əsasən ərazi uğrunda böyük güclərin müharibəsidir. Bu müharibələrdə nadir hallarda bir tərəf qələbə qazanır. Əksər hallarda hər iki tərəf böyük tələfat verir, nəticə bərabər olur. Qısa müddətdə başa çatan müharibələr isə əsasən güclü və zəif dövlətlər arasında olur. Güclülər düşmənə sarsıdıcı zərbə vurur və qısa müddətdə mütləq qələbə qazanır. 44 günlük Vətən müharibəsi də qısamüddətli müharibələrdən sayılır - diplomatiyanın həll edə bilmədiyi, hərb yolu ilə qələbə qazanan müharibə.
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda müqəddəs yürüşünün hər günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdilər və 44 gün ərzində bir dəfə belə geri çəkilmədilər. Çünki Ali Baş Komandanın "İrəli" əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz "bu yolda öldü var, döndü yox" deyərək çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb tarixində yeni döyüş təcrübəsi yaratdılar.
Sentyabrın 27-dən etibarən 44 gün ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza zəfər müjdəli müraciətlər etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin xalqa hər müraciətindən sonra ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əydilər.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. "Dəmir yumruğ"a dönərək düşmənin başını əzdi.
Təəssüf ki, bütün bunlar mənfur ermənilərə dərs olmadı. Sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşının şəhid olması səbir kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmizin suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız hərbi obyektləri və infrastrukturu nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş hərbi obyektlərə belə zərbələr endirmədi. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan "ildırımsürətli", lokal xarakterli antiterror tədbirləri real nəticə verdi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Bununla da, həm bölücü terrorçu ermənilərə, həm də onların havadarlarına yerləri göstərildi və Azərbaycan dövlətinin bütün ərazisində suverenliyimiz tam bərpa edildi.
Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub "Vətən sağ olsun!" dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri "ölsək belə, yurdumuzu tərk etmərik" söylədilər.
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Prezident İlham Əliyev demişdir: "Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
Nurəngiz ADİLQIZI.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb