lider-media.az

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Baxış: 290 Tarix: 4-05-2025, 12:58

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib. “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Rusiyalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb. Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb. Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.

Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi