lider-media.az

“Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi aksiyası təşkil olundu

Baxış: 105 Tarix: 3-05-2025, 15:54

Bu gün Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi aksiyası təşkil olundu . Səhər saatlarından başlanan iməclikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirib.
İməclikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Həmçinin rayon sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.
Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılıb, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi