lider-media.az

Səhiyyə Nazirliyi və nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib

Baxış: 138 Tarix: 3-05-2025, 10:47

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən 1-2 may tarixlərində Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılıb.İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 150-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi