lider-media.az

TİKA təlimi uğurla başa vuran azərbaycanlı həkimlərə sertifikatlar  verib

Baxış: 116 Tarix: 2-05-2025, 17:00


"Yanıq yaralarının müalicəsi” mövzusunda təlimlər başa çatıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə   Bakı şəhərində "Yanıq yaralarının müalicəsi” mövzusunda təlim keçirilib. Təlimlər aprelin 28-dən mayın 2-dək davam edib. 
Lider-media.az xəbər verir ki,  "Yanıq yaralarının müalicəsi” mövzusundakı təlimdə  40  həkim və səhiyyə işçisi iştirak edib.  Təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub.
Tədbirdə TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in vitse-prezidenti Anar İsrafilov, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Tibbi Planlaşdırma şöbəsinin müdiri Hikmət İbrahimov, xəstəxana rəhbərləri və həkimlər iştirak ediblər.
Mərasimdə çıxış edən TƏBİB-in vitse-prezidenti Anar İsrafilov 2022-ci ildə Türkiyənin Ağdam və Zəngilanda TİKA xətti ilə qurduğu iki səyyar klinikanın Vətən müharibəsi zamanı cəbhə xəttində yaralananlara ilk tibbi yardımın göstərilməsi baxımından əhəmiyyətli işlər gördüyünü, TİKA və Türkiyəyə dəstəklərinə görə təşəkkür edib.
“Bu maarifləndirici tədbirlər Bakıda yanıq mərkəzlərinin inkişafına və xəstələrin daha keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanlarını artıracaq”, - TƏBİB-in vitse-prezidenti bildirib. 
TİKA Bakı Proqram Koordinatoru Özçelik qurumun fəaliyyətə başladığı gündən Azərbaycanda həyata keçirdiyi 1500-dən çox layihənin yüzdə 20-nin sağlamlıqla bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə,  iki ölkə arasında təcrübə mübadiləsinin aparılması, əhalinin sağlamlığının qorunması, səhiyyə infrastrukturunun gücləndirilməsi və insan potensialının artırılması, ixtisaslı səhiyyə xidmətlərinə sürətli çıxışın təmin edilməsi istiqamətində birgə layihələr reallaşdırılır. “Layihələrimizin hər beşindən biri səhiyyə sahəsinə aiddir". -deyə o bildirib.
Tibb elmləri doktoru  Sabri Demir bildirib ki,  Türkiyədə 27 Yanıq yaralarının müalicəsi Mərkəzi və 42  yanıq yaralarının müalicəsi bölməsi var.
"TİKA-nın təşkil etdiyi təlimlər vasitəsilə Türkiyənin bu sahədəki təcrübəsini  Azərbaycana köçürərkən həmkarlarımızla da məlumat mübadiləsi aparmaqdan çox xoşbəxtik." -deyə  Sabri Demir qeyd edib. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi