lider-media.az

Qarabağ Universiteti Portuqaliyada keçirilən konfransda təmsil olunub

Baxış: 283 Tarix: 2-05-2025, 16:36


Qarabağ Universiteti Portuqaliyada Huqo Obermayer Cəmiyyəti tərəfindən keçirilən “Dördüncü dövrün tədqiqatları və daş dövrünün arxeologiyası” adlı konfransda təmsil olunub.

66-cı dəfə keçirilən konfransda Qarabağ Universitetini Universitetin Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasının müdiri Əjdər Babazadə təmsil edib.

Ə.Babazadə konfransda Almaniyada Leibniz Arxeologiya Mərkəzinin (LEIZA) Traceologiya və nəzarətli təcrübələr laboratoriyasının rəhbəri Joao Marreirosla birgə “Karabakh Palaeolithic Project: Human ecological and cultural dynamics during the Late Pleistocene in the Caucasian corridor. New archaeological excavations at Azykh Cave (Azerbaijan)” adlı təqdimatla çıxış edib. Təqdimatda 2024-cü ildə Azıx beynəlxalq paleolit arxeoloji ekspedisiyasının ilk ilinin tədqiqatları, metod və məqsədləri Avropa elmi cəmiyyətinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, 200-ə yaxın iştirakçının iştirak etdiyi konfransın tezisləri “Converging Horizons: Cultural and environmental interactions in the prehistory of the European far West” başlığı ilə jurnal formatında dərc olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi