lider-media.az

Alban-Udi Xristian icmasının din xadimləri Türkiyədə təlimdə iştirak ediblər

Baxış: 149 Tarix: 2-05-2025, 16:34

TİKA-nın dəstəyi ilə reallaşdırılan layihə

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın qədim xalqlarından olan Alban-Udi Xristian icmasının din xadimləri İstanbul və Mardində dini mövzuda təlimlərə qatılıblar.
Lider-media.az xəbər verir ki, TİKA-nın dəstəklədiyi layihə çərçivəsində Qəbələ vilayətinin Nic qəsəbəsindəki Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi din xadimləri İstanbuldakı Süryani və Anadolu pravoslav kilsələrini, Mardindəki Deyrulzafaran monastırını ziyarət edərək, dini maarifləndirmə və ənənəvi mərasimlər haqqında məlumat alıblar.
Layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik Azərbaycanın mədəni zənginliyinin və tolerantlığının heç bir ayrı-seçkiliyə yol vermədən qoruyub saxlamağın vacibliyini qeyd edib. O, Türkiyə ilə Azərbaycan arasındakı mədəniyyət əlaqələrinə yeni nəfəs gətirmək üçün bəzi layihələri həyata keçirdiliyini də diqqətə çatdırıb. 
Qeyd edək ki, TİKA tərəfindən ötən il Çotari kilsəsində Alban-Udi xristian icması üçün təhsil mərkəzi yaradılıb.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi