lider-media.az

Qızıldaş qəsəbəsinin 16 və 17-ci küçələri təmir olunur 

Baxış: 1 844 Tarix: 2-05-2025, 14:51

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 2 küçəsində rəmir işləri icra olunur.

Sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16 və 900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.  

Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb. Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

YOLUNUZ AÇIQ OLSUN...




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi