lider-media.az

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada yerləşən təşkilatın müsabiqəsində mükafata layiq görülüb

Baxış: 307 Tarix: 2-05-2025, 14:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “Brands Review Magazine” təşkilatının “Brands Review Magazine Awards” müsabiqəsində qalib seçilib.

Agentlik müsabiqəyə qurumun ümumi fəaliyyəti ilə qatılıb və “Avropanın ən yaxşı Dövlət Məşğulluq Xidməti Təminatçısı” kateqoriyası üzrə mükafata layiq görülüb. (https://brandsreviewmagazine.com/award-list-2025/)

 “Brands Review Magazine” təhsil, innovasiya, texnologiya, sığorta, investisiya kimi sahələrdə fərdlərin, özəl və dövlət sektorlarının nailiyyətlərini mükafatlandıraraq, geniş ictimaiyyətə təqdim etmək məqsədinə xidmət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi