lider-media.az

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Baxış: 437 Tarix: 20-04-2024, 11:46

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Lider-media.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi