lider-media.az

Milli Qəhrəmanın doğum günüdür

Baxış: 65 Tarix: 1-05-2025, 17:26

1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açmışdır. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil oldu. 1954-cü ildə texnikumu bitirmiş və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlamışdır. 1965-ci ildən sonra o, öz fəaliyyətini sürücü kimi davam etdirdi. 1988-ci ildə müharibənin ilk qığılcımları görünürdü.
O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq Hərəkatına qoşuldu. Erməni basının saxlanmasında böyük rolu olan Baxşeyiş, ayrı-ayrı kəndlərə ərzaq tədarükündə, yollar bağlanan zaman işçilərin bir yerdən başqa yerə saxlanmasına fəal iştirak edib. O, “Qarabağ müdafiə şahinləri” qrupunun ən fəal döyüşçüsü seçildi. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik gösdərilmişdir. Döyüşçülər arasında “ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş Paş atıcı ilə, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun əməliyyat əməliyyatı hücum əməliyyatları uğurla nəticələnmişdir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv etmək üçün vertolyotçularımıza bələdçilik edildi. Baxşeiş Xocalı faciəsi zamanı əldə edilməsində fədakarlıq göstərilib.
1992-ci il iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçmişdi. Baxşeyişin dəstəsi cavab olaraq, hücumun 7 postunu elə keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalmışdı. Lakin qəfil düşmən gülləsi xalqımızın igid oğlu Bəxşeyiş Paşayevin ömrünü qırdı.
Ailəli idi. Doqquz övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi