lider-media.az

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

Baxış: 455 Tarix: 1-05-2025, 14:38

Xəbər verdiyimiz kimi, bu gündən sığortaolunanlar üçün xəstəlik vərəqələri tibb müəssisələrində elektron sənəd formasında hazırlanaraq, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. DSMF bu e-sənəd əsasında işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlər təyin edəcək. İşəgötürənlər bu e-bülletenləri Nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər. Bu innovativ yenilik işçiyə müvafiq müavinətlər təyinatı və ödənişi üzrə xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına yönəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi