lider-media.az

Ailənin tək şəhid oğlu

Baxış: 32 Tarix: 1-05-2025, 10:34

İlkin Elxan oğlu Ağakişiyev 1995-ci ilin 17 sentyabrında Mingəçevir şəhərində  anadan olub. İlkin Mingəçevir şəhəri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində musiqi təhsili alıb. Evin tək oğlu olan İlkin 2013-cü ildə Mingəçevir şəhər 10 N-li orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə uçotu fakültəsinə qəbul olunub.


Universiteti bitirdikdən sonra bir il boyunca Gədəbəydə ön cəbhədə əsgərlikdə olub. 2020-ci ilin sentyabrında İlkin təlimlər üçün N saylı Hərbi hissəyə, oradan da Goranboy rayonu Ballıqaya istiqamətinə aparılıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

İlkin axırıncı dəfə ailəsi ilə sentyabrın 30-da danışıb. Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Ailəsinə yalınız 56 gündən sonra şəhidlik xəbəri gəlib. Şəhidin nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Aildə iki uşaq - bir bacı, bir qardaş olublar. 25 yaşı olmağına baxmayaraq ailəsi və dostları hər bir məsələdə İlkinlə məsləhətləşərdi.1 il 9 ay idi ki, AzəriMed dərman firmasında işləyirdi.Torpağa qoyulan gündən bir xınalı pişik gecə-gündüz İlkinin yanından getmirdi.
Cəbhədə olduğu günlərdə anası onun saatı ilə yaşayırdı, saat dayanmır, "balam sağdır", deyirdi. İlkinin cənazəsi evlərinə gələndə saatı dayanıb, əqrəbləri 10:40-ı göstərib. Həmin saatla birlikdə ananın ümidləri, arzuları da dayanıb, ürəyi əbədi olaraq bala dərdinə məhkum olub.
Şəhid İlkin ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif edliib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi