lider-media.az

Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib

Baxış: 137 Tarix: 30-04-2025, 17:20


Kanadanın Ottava və Toronto şəhərlərində yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq festivallarda iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a  bildirilib ki, belə tədbirlərdən biri Kanadanın paytaxtı Ottavada baş tutub.

Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkil etdiyi “Azərbaycan Mədəniyyət Gecəsi – Azerbaijani Cultural Gala” adlı tədbir Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini Kanadada yaşayan azərbaycanlı gənclərə, diaspor üzvlərinə, eləcə də yerli ictimaiyyətə tanıtmaq məqsədi daşıyıb.

Gecədə “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri ölkəmiz haqqında məlumatlar verib, şeirlər səsləndirib, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri milli rəqslərimizi ifa ediblər. Məkan daxilində qurulan dekorativ guşələr, milli atributlar və sənətkarlıq nümunələri iştirakçılara ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanışlıq imkanı yaradıb.

Toronto şəhərində isə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Multikultural Uşaq Festivalına qatılıblar.

Festival Kanada Türk Mədəniyyəti və Folklor Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Balaca soydaşlarımız Orxan İslamovun rəhbərliyi ilə milli rəqslərlə çıxış ediblər, “Ey əziz anam, Azərbaycan” mahnısı ingilis dilində səsləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi