lider-media.az

Türkiyənin səfiri Birol Akgün Azərbaycan Mətbuat Şurasında olub

Baxış: 177 Tarix: 30-04-2025, 17:14

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Mətbuat Şurasında olub.

Lider-media.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Azərbaycan mətbuiatının 150 illiyi ilə əlaqədar Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. 
Mətbuat Şurasının sədri Rəşad Məcid qardaş ölkənin səfirini rəhbərlik etdiyi qurumun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumatlandırıb.
R.Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsir göstərməsi sevindiricidir, bu amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. O, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələ olduğunu vurğulayıb. 
Səfir Birol Akgün Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açaraq, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rola diqqət çəkib. B.Akgün, həmçinin ümumən səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.
Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və başqaları iki ölkənin media orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər.
Toplantıda, həmçinin qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Səadət



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi