lider-media.az

Yerli probasiya qurumlarında ödənişsiz hüquqi yardımlar göstərilib

Baxış: 321 Tarix: 30-04-2025, 16:30

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə Bakı şəhərində və digər regionlarda mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir.


 

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Aprel ayı ərzində Bakı şəhər Probasiya idarəsinin və Sumqayıt  şəhər probasiya şöbəsinin qeydiyyatında olan məhkumlar üçün növbəti hüquqi yardım aksiyaları həyata keçirilib.


 

Yerli icra məmurlarının (probasiya üzrə) iştirakı ilə vəkillər tərəfindən probasiya qeydiyyatında olan ümumilikdə 50-ə yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.


 

Həmin şəxslərə vaxtından əvvəl şərti azadetmə, apellyasiya şikayətlərinin verilməsi, məhkumluğun götürülməsi, əvf üçün müraciətlərin edilməsi və digər hüquqi məsələlərə dair məsləhətlər və izahatlar verilərək ödənişsiz hüquqi yardımlar göstərilib.


 

Qeyd edək ki, 2025-ci il üçün Tədbirlər Planına əsasən bu cür aksiyalar il ərzində respublikamızın digər regionlarında da mütəmadi olaraq davam etdiriləcək.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi