lider-media.az

İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır

Baxış: 108 Tarix: 29-04-2025, 16:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq tam elektron qaydada aparılır.

İşsiz kimi qeydiyyata alınan şəxsin məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə yoxlanılaraq, sığorta ödənişinin təyin olunması, yaxud ondan imtina edilməsi barədə qərar elektron qaydada verilir.Sığorta ödənişinin məbləği də e-sistem tərəfindən avtomatik müəyyən edilir və aylıq əsasda ödəniş həyata keçirilir.Yeniliyə əsasən, təyin olunan sığorta ödənişinin dayanmasına və ya məbləğin dəyişməsinə səbəb olan hallar da e-sistem tərəfindən aşkar olunur. Beləliklə, işsizlikdən sığorta ödənişinin təyin olunması və ya ondan imtina edilməsi, məbləğin yenidən hesablanması, ödənişin dayandırılması və həyata keçirilməsi ilə bağlı bütün proseslər real vaxt rejimində e-qaydada aparılır.Bu da prosesin daha şəffaf və səmərəli həyata keçirilməsinə, xidmətin çevikliyinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi