2020-ci ildə Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, diplomatik və texniki dəstək iki ölkənin strateji müttəfiqliyini dünya səviyyəsində təsdiqlədi. Bu gün həyata keçirilən birgə hərbi təlimlər, təcrübə mübadiləsi, müasir hərbi texnologiyaların paylaşımı və regional təhlükəsizliyə yönələn layihələr bağları daha da möhkəmləndirir. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədə beynəlxalq tədbirlərdə iştirakı Qafqaz İslam Ordusunun ruhunu yaşadan müasir əməkdaşlığın təzahürü olaraq hər iki ölkənin hərbi qüdrətini və əzmini nümayiş etdirir. Türkiyə və Azərbaycan hərbçilərinin son illərdə artan birgə hərbi təlimləri geosiyasi iradənin, strateji güvənin və regionda yeni hərbi-siyasi arxitekturanın ifadəsidir. Bu təlimlərin sayının artması, intensivliyinin yüksəlməsi konkret strateji hədəflər üzərində qurulduğunu göstərir. 1992-ci ildə Ankaranın Bakı ilə "Hərbi təhsil sahəsində əməkdaşlıq" sazişi bu prosesin ilk institusional başlanğıcı oldu. Azərbaycanlı hərbçilərin Türkiyə Hərbi Akademiyasında təhsil almaları, birgə kursların təşkili, silah sistemlərinin təmiri və modernizasiyası bu mərhələdə diqqətçəkən əsas istiqamətlərdən idi. 2016-cı il Aprel döyüşlərindən və 2020-ci il Vətən müharibəsindən sonra həm Bakının, həm də Ankaranın regional təhlükəsizlik məsələlərinə yanaşması köklü şəkildə dəyişdi. Azərbaycan Ordusu bu təlimlər vasitəsilə NATO standartlarına daha da yaxınlaşdı. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi hərbi-siyasi əlaqələri tamamilə yeni platformaya daşıdı. Naxçıvan Muxtar Respublikasında keçirilən "Sarsılmaz Qardaşlıq-2021" birgə əməliyyat-taktiki təlimi Azərbaycan və Türkiyə hərbçilərinin yüksək peşəkarlığını və mübariz ruhunu nümayiş etdirdi. "Naxçıvan Qarnizonu" Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na və iki ölkə arasında imzalanan hərbi əməkdaşlıq sazişinə əsasən təşkil olunan təlim hərbi qulluqçuların döyüş təcrübəsini, qarşılıqlı əlaqəni və taktiki əməliyyatların icrasını təkmilləşdirdi. Türkiyə hərbçiləri və texnikalarının "Ümid" körpüsündən keçərək xidmət yerlərinə yola düşməsi iki ölkənin birgə fəaliyyətinin simvolik təzahürü idi.
Sentyabrın 5-də Gəncədə başlayan "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimləri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin əməkdaşlığını gücləndirmək məqsədi daşıyırdı. Təlim zamanı aviasiya vasitələrinin uçuşları, kəşfiyyat və zərbə əməliyyatları yüksək səviyyədə icra olundu. 2023-cü ildə Bakı, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində keçirilən "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının dərinliyini qlobal miqyasda sübut etdi. Təlimə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitəsi, mühəndis texnikası və kiçik botlar cəlb olundu. Təlimin əsas məqsədi təcrübə mübadiləsi aparmaq və şəxsi heyətin peşəkarlığını artırmaq idi. Bu təlim Azərbaycanın işğaldan azad olunan ərazilərində təhlükəsizliyin təmin edilməsi və regionda sabitliyin gücləndirilməsi baxımından mühüm addım oldu. Xəzər dənizi ilə Cənubi Qafqazın enerji və nəqliyyat dəhlizləri qlobal iqtisadiyyat üçün strateji əhəmiyyətə malikdir. Birgə təlimlər bu infrastrukturun mühafizəsi üçün hərbi hazırlığı gücləndirir. Bu yolda qardaşlığın zirvəsini fəth edən Azərbaycan-Türkiyə münasibətləri gələcəyin siyasi və hərbi konturlarını birgə cızan strateji dəyərdir. Vaxtilə Nuru Paşanın süvariləri Bakıya doğru irəliləyərkən qürurla daşıdıqları bayrağın mənəvi yükü bu gün də dəyişməyib. Sadəcə atların yerini müasir tanklar, süvarilərin yerini isə müasir texnika ilə silahlanan zabitlər alıb. Savaşın xarakteri dəyişsə də, mərdlik və mübarizə ruhu eyni qalıb. Əgər vaxtilə Nuru Paşa Bakıya qardaş köməyi ilə gəlmişdisə, bu gün Azərbaycan əsgəri Anadolu torpaqlarına sülh və təhlükəsizlik missiyası ilə gedir. Bu zamanlararası dialoqdur - ruhların görüş, millətlərin qürur yeridir.
Aprelin 30-da Türkiyənin Marmaris şəhərində keçiriləcək "KURTARAN-2025" beynəlxalq axtarış-xilasetmə təlimləri Azərbaycanın müasir qlobal çağırışlara necə cavab verdiyini göstərən növbəti strateji mərhələ olacaq. Təlimlər XXI əsrin reallıqları fonunda dəyişən müharibə fəlsəfəsinə və yeni təhlükəsizlik arxitekturasına uyğunlaşmanın rəmzidir. Türkiyə Silahlı Qüvvələrinin - Dəniz, Hava, Quru və Sahil Mühafizə komponentlərinin birgə iştirak etdiyi təlimlərdə müxtəlif qüvvələrin qarşılıqlı koordinasiyada işləmə bacarığı sınanmaqla yanaşı, Azərbaycan Ordusunun beynəlxalq sülh və təhlükəsizlik sisteminə inteqrasiyası da dərinləşəcək. Bu baxımdan, "KURTARAN-2025" birgə dəyərlər üzərində qurulan yeni hərbi-fəlsəfi konsepsiyanın canlı nümunəsi olacaq. Burada xilasedici çadırlar simvolik anlamda birliyin və inamın sığınacağına çevriləcək. Tarixin məsuliyyətini dərk edən xalqlar sabahın arxitekturasını iradə ilə cızırlar. Azərbaycan və Türkiyə münasibətləri məhz bu fəlsəfə üzərində formalaşıb. Odur ki, Bakı-Ankara tandemi regionun təhlükəsizlik zəmanətidir.
Lider-media.az


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb