lider-media.az

Quba şəhərində “Kod: Könüllü” layihəsi baş tutub

Baxış: 593 Tarix: 28-04-2025, 20:29

Quba şəhərində Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, Gəncə Avtomobil Zavodu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Xəzər İntellektual Gənclər Birliyinin tərəfdaşlığı və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə “Konstitutsiya və Suverenlik İli”nə həsr edilmiş “Kod: Könüllü” layihəsi baş tutub.

Layihənin əsas məqsədi gənclərdə konstitusiya və dövlət suverenliyi mövzusunda biliklərin artırılması, vətəndaş məsuliyyətinin gücləndirilməsi, eləcə də analitik düşünmə və komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi, həmçinin könüllülük mədəniyyətinin təbliğidir.

Tədbirin ilk günündə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və insan resursları şöbəsinin əməkdaşı, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının idarə heyətinin üzvü Amin Quluzadənin iştirakı ilə “Könüllülük fəlsəfəsinin müasir gənclikdə rolu” mövzusunda panel müzakirələr baş tutub.

Növbəti gün “Kvest” İntellektual yarışması keçirilib. Yarışmada ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 100 nəfər könüllüdən ibarət komandalar birincilik uğrunda mübarizə aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi