lider-media.az

Şirvan nümayəndə heyəti Türkiyənin Manisa şəhərində səfərdə

Baxış: 661 Tarix: 28-04-2025, 17:14


       

Bu günlərdə Türkiyənin Manisa şəhərində keçirilən 485-ci Beynəlxalq Mesir Macunu Festivalında ölkəmizi Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov və digər şəxslər daxil idi.

Səfər çərçivəsində nümayəndə heyətinin Manisa valisi Vahdettin Özkan və Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreklə görüşü baş tutub.

Keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Şirvan və Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında “Qardaşlıq və dostluq protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulmuşdur.


Rasim Nəhmədov,

Şirvan.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi