lider-media.az

Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Baxış: 122 Tarix: 28-04-2025, 14:34

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində vətəndaşların müraciətini dinləyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Tovuz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edilib. Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.Sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da iştirak etdiyi sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi