Aprelin 26-da "RMP" (Risk Management Professionals) İctimai Birliyi tərəfindən "Hyatt Regency" hotelində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə 4-cü İllik SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) Konfransı təşkil olunub.
Əsas məqsədi əmək fəaliyyətinin keyfiyyətinin artırılması, əməyin mühafizəsi, risklərin qarşısının alınması ilə bağlı təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi olan "RMP"nin rəhbəri Anar Məlikov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsünə əsasən işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılması üçün 2003-cü ildən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Konfransın məqsədi bu sahənin öndə gedən mütəxəssislərini bir araya gətirmək, cəmiyyəti maarifləndirməkdir. İlk konfrans 2019-cu ildə keçirilib, daha sonra COVID19 pandemiyası səbəbindən fasilə yaranıb. SƏTƏM sahəsində tədbirlərin vacibliyini nəzərə alaraq dövlət sektoru və iri şirkətlərlə birgə konfransın illik qaydada keçirilməsi zərurəti yaranıb. Əmək mühafizəsi sahəsində ümumi qaydalar əsasən beynəlxalq standartlara əsaslanır. ABŞ-da, Böyük Britaniyada bununla bağlı qanunvericilik formalaşdırlıb, işçilərin sağlamlığımım qorunmasına, iş şəraitinin yaxşılaşdırılmasına böyük önəm verilir. Azərbaycanda bununla bağlı sırf həmin tələblərə uyğunlaşma prosesi gedir və ya tövsiyə xarakterli təlimat tətbiq olunur.
"ACWA Power" şirkətinin Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə meneceri Vüsal Əfəndizadə qeyd edib ki, enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir. 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış "ACWA Power" Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yetirən "ACWA Power" 4 000-dən çox işçi heyəti ilə təmsil olunur və onların 60 faizi fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir.
"Aztelekom" MMC-nin sağlamlığın təşkili və əməyin mühafizəsi şöbəsinin müdiri Qasım Əliyev bildirib ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan "Ookla"nın "Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı" (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan "İDATE" şirkətinin "Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə" (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.
"PMD Projects" şirkətinin SƏTƏM şöbəsinin meneceri Elgün Səfiyarov deyib ki, şirkətin icra etdiyi ən məşhur layihələr sırasına Zəfər Parkı, "Hilton Garden Hotel"i daxildir. O əlavə edib ki, həmçinin Şuşa şəhərində forması 8, minarələri isə 11 rəqəmini əks etdirəcək yeni məscidin inşası həyata keçirilir. 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin açılışı planlaşdırılır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
“Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb