Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər sosial təminat sistemi ilə əhatə olunublar
1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına başlanıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib.
Hazırda ölkəmizdə Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3800 şəxs vardır. Onlar əlillik səbəblərinə görə iki qrupa bölünür:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
Həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilir.
Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində pensiyaların orta aylıq məbləği 2,6 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.
Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də işlər aparılır.