lider-media.az

Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirib

Baxış: 531 Tarix: 25-04-2025, 17:11


  Xəbər verildiyi kimi, aprelin 25-də Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. 

  Tədbirdə Baş prokuror vurğulayıb ki, ölkə başçısının rəhbərliyi, daim göstərdiyi diqqət və qayğı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.

  Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.

  Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.

  Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi