lider-media.az

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.  

Baxış: 144 Tarix: 23-04-2025, 20:21

Zəlzələ ilə əlaqədar Bakıdan Ankaraya ZƏNG

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib. Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.Qeyd edək ki, İstanbulda saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb. Zəlzələ ilə əlaqədar 150-dən çox insan xəsarət alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi