lider-media.az

Birinci rübdə “Pensiya kalkulyatoru” e-xidmətindən 368 min dəfə istifadə olunub

Baxış: 260 Tarix: 23-04-2025, 15:02

Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Pensiya kalkulyatoru” e-xidmətindən 368 min dəfə istifadə edilib.Bu e-xidmət istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumatları əldə etmək imkanı verir. Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, bu e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər. 2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətindən ötən dövrdə istifadə sayı isə  4,7 milyonu ötüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi