lider-media.az

FHN “Masallı” otelində təlim keçirib (foto, video)

Baxış: 68 Tarix: 22-04-2025, 19:37

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Masallı” otelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Təlimə FHN-in yerli strukturları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qüvvələri, eləcə də otelin əməkdaşları cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, o cümlədən dəm qazı təhlükəsinin qarşısının alınması yolları, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonra təlimin praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi