lider-media.az

Prokurorluğun veteranı təbrik edilib

Baxış: 119 Tarix: 22-04-2025, 16:06

  Azərbaycan Prokurorluğunun veteranı Qasımov Həsən Məsim oğlunun 85 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu və hədiyyə təqdim edilib.

  Görüş zamanı veteran prokuror prokurorluq orqanlarındakı xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkələnməsini, prokurorluq işçilərinin və veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. 

  Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi