lider-media.az

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Baxış: 108 Tarix: 22-04-2025, 15:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Ukrayna arasında dost münasibətlərinə əsaslanan ikitərəfli əməkdaşlıq əlaqələrini qeyd edib. Nazir  ötən dövrdə  əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində də iki ölkənin uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədlərinin önəmi vurğulanıb. Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək sosial-psixoloji xidmətlərlə təmin edilmələri üçün görülmüş işlər qeyd edilib.

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində son illər aparılan islahatlar, sosial sahədə elektronlaşdırma proqramının uğurları barədə məlumat verilib.

Y.Qusev ölkələrimiz arasında əlaqələrin daim genişlənməsinin məmnunluq doğurduğunu, sosial islahatlar prosesində davamlı əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib. Görüşdə iki ölkə arasında sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi