lider-media.az

Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

Baxış: 7 Tarix: 22-04-2025, 15:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Gəncə və Naxçıvan şəhərlərində, Bərdə, Oğuz, Quba, Ağdaş rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasının tələbinə uyğun olaraq və “Əmək və Məşğulluq” altsistemi üzərindən təhlillər  aparılmaqla, işçi sayı çox olan, ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri olan müəssisələr üzrə işəgötürənlərinin iştirakı ilə keçirilib.

400-dən çox işəgötürənin nümayəndələri ilə yanaşı, sosial tərəfdaşlar və digər qurumlarının nümayəndələrinin, hüquq-mühafizə orqanları əməkdaşların da iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, BƏT tərəfindən 2003-cü ildən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. Azərbaycanda da hər il 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq qeyd edilir.

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları da ölkəmiz tərəfindən ratifikasiya edilib və əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir.

Ümumilikdə BƏT-in 59 Konvensiya və 1 protokolunu ratifikasiya edən Azərbaycan MDB ölkələri arasında ən çox BƏT standartlarını qəbul etmiş ölkələrdən biridir. BƏT-in digər konvensiyalarının ratifikasiya imkanlarının araşdırılması prosesi davam etdirilir.

Tədbirlərdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübəyə əsasən aparılmış təhlillər, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib. Həmçinin iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, səsləndirilən təkliflər əsasında müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi