lider-media.az

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada yerləşən beynəlxalq qurumun müsabiqəsində 3 mükafata layiq görülüb

Baxış: 145 Tarix: 21-04-2025, 15:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə uğur qazanıb.

Böyük Britaniyada yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Xidmətin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlar, “Əmək və Məşğulluq” altsistemi, maarifləndirmə tədbirləri beynəlxalq ekspertlər tərəfindən yüksək qiymət alıb. Beləliklə, DƏMX “Korporativ Sosial Məsuliyyət”, “İlin Əmək Müfəttişliyi Xidməti” və “Rəqəmsal İnnovasiya” nominasiyaları üzrə mükafatlara layiq görülüb və adı müsabiqənin qalibləri sırasına daxil edilib. (https://internationalelite100.com/2025-winners)

Müsabiqədə DƏMX ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi