lider-media.az

Azərbaycan Özbəkistanın axtarışa verdiyi şəxsi ekstradisiya edib

Baxış: 144 Tarix: 21-04-2025, 14:22

Azərbaycan Özbəkistanın axtarışa verdiyi şəxsi ekstradisiya edib

Bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rzayev Akif İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-də qəbul edilmiş Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi