lider-media.az

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Baxış: 147 Tarix: 20-04-2025, 07:22

Qərbi Azərbaycan İcmasının bölgələrdə keçirdiyi konfransların, tədbirlərin hamısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşır. Biz dövlətimizin, torpaqlarımızın bütövlüyü, bütöv Azərbaycan uğrunda mübarizəyə hər zaman hazır olmuşuq və indi də hazırıq. Bu sözləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qaxda keçirilən konfransda jurnalistlərə müsahibəsində söyləyib.Tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayan professor deyib: “Öz ata-baba torpaqlarından məcburi çıxarılmış, köçürülmüş, öz doğma yurd-yuvalarından, dağlarından, bulaqlarından, çaylarından məcburi aralanmış insanların birliyinin zamanıdır və hər kəs haqq səsini ucaldaraq öz torpaqlarına qayıtmaq istəyir. Bugünkü sərgidə bir çox sənədlə tanış olduq, baxdıq. Onların əksəriyyəti doğum, təhsil haqqında şəhadətnamələrdir. Bu sənədlərin hamısı Qərbi Azərbaycanın Dərələyəz, Göyçə və digər mahallarında verilib. Biz öz hüququmuzdan istifadə etmək istəyir və dünyaya haqq səsimizi ucaldaraq deyirik: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik. Heç kəslə heç zaman heç bir torpaq iddiamız yoxdur. Öz evimizə, kəndimizə, öz yurdumuza qayıtmaq istəyirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi