lider-media.az

İnvestisiya layihələrinin idarə olunması ilə bağlı təlimlər keçirilib

Baxış: 169 Tarix: 18-04-2025, 17:12

Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları yeni redaksiyada təsdiq edilib.

Yeni Qaydalar çərçivəsində dövlət investisiya layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi, icrası, monitorinqi və nəticələrinin qiymətləndirilməsi sahəsində mexanizmlər, standartlar və prosedurlar təkmilləşdirilib. Bundan başqa, layihələrin seçimi və prioritetləşdirilməsində onların iqtisadi səmərəliliyinin və sosial təsirlərinin nəzərə alınması, dayanıqlılığının təmin olunması kimi prinsiplər də nəzərdə tutulub.

Bu Qaydaların effektiv tətbiqi və icrası məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Nazirliyin Aparatı və tabeliyindəki qurumların, həmçinin digər sifarişçi dövlət orqanlarının, müəssisə və təşkilatların əməkdaşları üçün təlimlər keçirilib.

Dünya Bankının eksperti Martin Darsinin iştirakı ilə keçirilən təlimlərdə investisiya layihələrinin idarə olunması sahəsində yeni tələblər və yanaşmalar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi