lider-media.az

Əmək müqavilələrini artıq “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalamaq mümkündür

Baxış: 309 Tarix: 18-04-2025, 17:00

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər.İşəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə bu portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.  

Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər.  İmzalama prosesi SİMA və ya “ASAN imza” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi