Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 302 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-сi il 10 aprel tarixli 143-8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 10, maddə 1175) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
4. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 17 ” “ aprel ” 2025-ci il
№ 114