lider-media.az

Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub

Baxış: 222 Tarix: 18-04-2025, 12:24

 Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Sabəddin oğlu Hüseynovun nəşi paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, 1970-cı il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi