Azərbaycanı inkişafın zirvələrinə aparan Lider
Azərbaycan xalqı fəxr edir ki, onun lideri cənab İlham Əliyevdir!
Prezident cənab İlham Əliyevin andiçməsindən 7 il ötür
Qalib, bütövləşən Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi zirvələrə ucaldır, yeni-yeni hədəfləri reallığa çevirməklə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Son 21 il böyük uğurlarla, zəfərlərlə zəngindir. Onları bir yazıda əhatə etmək qeyri-mümkündür. 2003-cü ildəHeydər Əliyev siyasətinin davamına səs verən xalqımız Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu. Ulu Öndər Heydər Əliyev xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində “Ona Özüm qədər inanıram” deyərək bu əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək.
Artıq beş ildir böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumilşdirilmiş şəkildə qeyd etsək ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli Bayrağımız dalğalansın. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 21 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Dövlət başçısı bu illərin gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə, suverenliyinin tam bərpasına qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Tarixi Zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Zəfərimizin dünyaya təqdimatı oldu. 30 illik torpaq həsrətinə, nisgilə, sıxıntılara son qoyuldu. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur hissi keçiririk. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdi. Ölkə Prezidentinin bu səfəri Qələbə sevincini bir daha xalqla paylaşmaq, tarixi Zəfərə gedən yolun ilk qələbəsinə nail olduğumuz bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmaq idi: “Bu torpaqların sahibi Azərbaycan xalqıdır və burada əbədi olacağıq. Qarabağ Azərbaycandır!”
Həmin səfər işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasının rəmzidir. Səfər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha bəyan etdi ki, Ermənistan bundan sonra rəzalət damğası ilə, Azərbaycan isə qürur hissi ilə - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi yaşayacaq.
2023-cü ilin sentyabr ayında antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başladı. Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Bu gün azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar.Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.Son 21 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edimişdir. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilmişdir.Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır. Bu dövr ərzində ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. Xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd ABŞ dollarını keçmişdir. Sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.İlham Əliyev ölkənin 1999-cu ildəYeni Azərbaycan Partiyası sədrinin müavini olur. 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. Bu gün YAP üzvlərinin sayının çoxluğuna, fəaliyyətinə, göstərdiyi xidmətlərinə görə deyə bilərik ki, ölkənin əsas partiyasıdır. İlham Əliyev sədrliyi dövründə partiyanın inkişafına diqqət göstərmiş, xalqın, üzvlərinin ümidlərini doğrultmaq yolunda tədbirlər görmüş, fəaliyyət sahələrini genişləndirmiş və daha yüksək uğurlar əldə olunmuşdur. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının çox olması insanların sevgisindən, inamından irəli gəlir.
2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin edilir. Həmin ilin oktyabrın 15-də ölkəmizin prezidenti seçilir. Beləliklə, Azərbaycan dövlətinin siyasi, tarixi, iqtisadi, mədəni həyatında yeni dönəm başlayır. Bu dövrdə ölkəmizin gələcək uğurları üçün tədbirlər görülür, istənilən sahədə inkişın təmin olunması yolunda ciddi addımlar atılır. Azərbaycan artıq müxtəlif təşkilatlara, beynəlxalq layihələrə qoşulmağa başlayır. Ölkəmizin qoşulduğu layihələr onun sürətli inkişafına səbəb olur. Azərbaycanın rəhbərlik etdiyi enerji, neft, qaz sahəsindəki layihələr təkcə Azərbaycanın inkişafına səbəb olmur, eləcə də onun dünyada tanınmasına, digər ölkər arasında öz sözünü deyən qüdrətli dövlətə çevirmişdir.
Bu gün Azərbaycan dövləti öz suverenliyini bərpa edən dövlətdir. Məlumdur ki, 30 ilə yaxın Azərbaycan torpaqları düşmən işğalında qalmışdır. Lakin bu işğal çox davam etmir. Beynəlxalq təşkilatların vasitəçiliyinə baxmayaraq məsələ öz həllin tapmır və düşmənin təxribatları hər gün daha da artırdı. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020- ci il 27 sentyabrda Azərbycan öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. 44 gün davam edən Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Azərbaycanın qəhrəman, igid oğulları işğal altında olan torpaqlarımızı öz qanı, canı bahasına düşmən tapdağından azad edir, düşmənə ağır zərbələr endirmiş oldular. Bu müharibənin sonunda üçtərəfli bəyanat imzalanır. Bəyanatdakı müddəa əsasən, ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmalı idi,lakin düşmən yenə bəyanatın bu müddəasına məhəl qoymur, müxtəlif təxribatlar törədir və nəticədə 2023-cü il 19 sentyabrda 23 saat davam edən antiterror əməliyyatına səbəb olur. Bu əməliyyat yenə də Azərbaycanın qələbəsi ilə yekunlaşdı, düşmən silahlıları ölkədən çıxarıldı, ölkəmizdəki separatizmin qarşısı alınmış oldu.Prezident İlham Əliyevin fəaliyyətinin müasir şəraitdə rasional idarəçiliyin bariz nümunəsi olduğunu vurğulayan deputat qeyd edib: “Bu gün istər ölkəmizdə gedən proseslər, istərsə də Azərbaycanın qlobal siyasi arenada cərəyan edən hadisələrdə yeri və rolu bunu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkənin idarəetmə sisteminə gətirdiyi rasional siyasi davranış modeli ən yüksək effektivliyə malikdir. Dövlətimizin başçısı həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, müsbət, milli məqsədlərə xidmət edən və siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi təqdim etdi. Azərbaycan Prezidenti öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Bu gün biz, həmçinin birmənalı olaraq deməliyik ki, dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.
Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gedişində isə bu siyasətin həm də ümumbəşəri humanizm ideyalarına sadiq olduğunu bütün dünya bir daha gördü. Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazandığı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı statusunu bir daha nümayiş etdirdi və daha da möhkəmləndirdi. COP29 məhz Prezident İlham Əliyevin səmərəli siyasi-diplomatik fəaliyyəti, yorulmaz səyləri və beynəlxalq aləmdə malik olduğu yüksək şəxsi nüfuzu sayəsində Azərbaycanın qazandığı növbəti titanik nailiyyətdir. Eyni zamanda, bu nüfuzlu beynəlxalq tədbirin möhtəşəm nəticələri bütün dünyada bəşəriyyətin qlobal iqlim problemləri qarşısında müdafiə imkanlarının genişləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ilk növbədə, gələcəyə hesablanmış dövlət siyasəti ölkə gəncliyinin potensialından maksimum istifadə olunmasını nəzərdə tutur. Gənclərin potensialından səmərəli istifadə olunması müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir.